Birma rəsmilərinin bildirdiyinə görə, güclü tropik siklonun Arravaddi deltası və ölkənin böyük şəhəri Ranqunu cənginə alması nəticəsində 350 nəfər həlak olub. Hərbi hökumət fəlakət baş verən ərazilərin adını açıqlayıb. Buraya Ranqunla yanaşı, Yanqon, Ayeyavaddi, Baqo, Mon və Karen kimi bəzi mərkəz və cənub şəhərləri daxildir. Rəsmilər deyir ki, 190 kilometr saat sürəti olan “Nərgiz” siklonu Ranqun və Basseyn şəhərinin İrravaddi deltasında güclü dağıntılara səbəb olub. Güclü qasırğa dövlət radiosu və telekanalı, telefon sistemi və internet bağlantısını kəsib. Qonşu Taylanddakı BMT rəsmiləri deyir ki, yerli və beynəlxalq yardım işçiləri bu gün Ranquna getməyi planlaşdırır.