Olimpiya məşəlinin Çin ərazisi Makaudakı estafeti başa çatdırılıb

Olimpiya məşəlinin Çin ərazisi Makaudakı estafeti heç bir insident baş vermədən başa çatdırılıb. Çoxsaylı insan əllərində bayraq məşəli salamlayıb. Dünən Honk-Konq, bu gün isə Makaudan keçərkən məşəl digər yerlərdə olduğu kimi etiraz aksiyaları ilə müşayiət edilməyib. Məşəl Çin ərazisinə dolaşdıqdan sonra iyun ayının 19-dan 21-dək Tibeti gəzəcək. Avqust ayının 8-də isə məşəl yekun dayanacağı olan Pekinə çatdırılacaq.