Nyu York şəhərində “İncəsənət və Feminist İnqilabı” adlı sərgi keçirilir

Nyu York şəhərində keçirilən incəsənət sərgisində 1965-1980-ci illərdə feminist qadınlar hərəkatının təsirlərindən bəhs edilir. Sərgidə dünyanın hər yerindən, rəssamlıq, heykəltəraşlıq və təsviri incəsənət əsərləri nümayiş etdirilir.

“İncəsənət və Feminist İnqilabı” adlanan bu sərgi feminizmin formalaşması, inkişafı və təsirlərinə dair ilk əhatəli sərgidir. Sərgidə Birləşmiş Ştatlar, Latın Amerikası, Asiya, Şərqi-Avropa və dünyanın digər ölkələrindən 120 incəsənət ustası iştirak edir.

Sərginin təşkilatçılarından Karnela Batlerin dediyinə görə, "inqilab" sözündən idealizm və romantikanın vəhdəti, romantik idealizmin feminist qadın sənətinin bir hissəsi oldğunu nümayiş etdirmək üçün istifadə edilib.

“İncəsənət və Feminist İnqilabı” adlanan bu sərgi Nyu Yorkun müasir incəsənət mərkəzində, may ayının 12-dək davam edəcək.