BMT Baş Katibi Ban Ki Mun deyir ki, ərzaq qiymətlərində görünməmiş bahalıqla məşğul olmaq üçün yaradılmış işçi qrupuna rəhbərlik edəcək. Cənab Ban bu açıqlamanı İsveçrənin Bern şəhərində 27 beynəlxalq təşkilatın yığıncağı zamanı verib. Agentliklər ümid edirlər ki, onlar aclıq və iğtişaşlara yol açan ərzaq böhranının qarşısını almaq üçün lazımi tədbirlər görəcəklər. BMT rəhbəri bildirib ki, ilkin prioritet acları yedizdirməkdir. O, varlı ölkələri BMT Dünya Ərzaq Proqramına 775 milyon dollar pul verməyə səsləyib. Artan əhali, inkişaf edən ölkələrdə güclü təlabat, məhsulların bioyanacaq üçün becərilməsi və təbii fəlakətlər dünya boyu ərzaq qiymətlərinin qalxmasına gətirib çıxarıb.