Bağdadın şimalında 4 yaraqlı öldürülüb

" hspace=2 src="/azerbaijani/images/ap_iraq_soldiers_Basra_19apr08_eng_175.jpg" width=190 align=left vspace=2 border=0>İraqdakı koalisiya qüvvələri Bağdadın şimalında əməliyyatlar zamanı İranın təlim keçdiyi 4 yaraqlını öldürüb, 5-ni isə həbs edib. Ordu bildirir ki, İrandan maliyyə və silahlar gətirən sübhəli aşkar ediləndən sonra əsgərlərlə militantlar arasında toqquşma olub. Başqa bir zorakılıq faktında Bağdad bazarında baş verən partlayış ən azı 3 nəfərin həyatına son qoyub, 15 nəfərsə yaralanıb. Bu gün həmçinin Böyük Britaniya xarici işlər naziri Deyvid Miliband İraq baş naziri Nuri Əl-Maliki ilə danışıqlar aparıb. Müzakirələrin mövzusu barədə məlumat verilməyib. Qeyd edək ki, Britaniyanın İraqda təxminən 4500 əsgəri xidmət edir.