Zimbabvedə seçki rəsmiləri ötən ayın qalmaqallı seçkilərinin nəticələrini qismən yenidən saymağa başlayıblar. Müxalifət bu addımı qeyri-qanuni adlandırır. Seçki komissiyası 23 dairədə prezident, parlament, və yerli şura seçkilərinin nəticələrini hesablayır. Bu hesablama müxalifətin parlamentdəki çoxluğunu yox edə bilər. Demokratik Dəyişiklik Hərəkatının namizədi Morqan Tsvangiray Əl Cəzirə ilə müsahibədə səslərin yenidən sayılmasını rədd edib. O, bunu Robert Muqabenin rəhbərlik etdiyi hakim ZANU-PF partiyasının martın 29-unda qazandığı qələbəni heçə endirmək cəhdi kimi qiymətləndirib.