İranda Beynəlxalq Neft sərgisi keçirilir

İran prezidenti Mahmud Əhmədinejadın sözlərinə görə, neftin bir barelinin 115 dollarlıq qiyməti çox aşağıdır. İranda 13-cü Beynəlxalq Neft, Qaz, Neft-kimya Sənayesi və Məhsulları sərgisi keçirilir. Cənab Əhnədinejad deyib ki, neftin bir barelinin 115 dollar olması “aldadıcı fiqur”dur. Onun sözlərinə görə, neft həqiqi dəyərinin üzə çıxarılmasına ehtiyac olan strateji məhsuldur. Prezidentə istinad edən dövlət xəbər agentliyi bildirib ki, neft sahiblərinə qarşı rəqibləri tərəfindən siyasi vasitə kimi istifadə olunmamalıdır. Qeyd edək ki, dünən neftin bir barelinin qiyməti 117 dollara çatıb.