Türkiyə silahlı qüvvələrinin verdiyi məlumata görə, hərbi təyyarələr İraqın şimalında Türkiyə sərhəddini keçməyə cəhd göstərən kürd yaraqlılarının bir qrupunu hədəfə alıb. Silahlı qüvvələrin bəyanatında deyilir ki, reyd Avasin-Basyan ərazisində silahlı qrupu zərərsizləşdirmək məqsədilə həyata keçirilib. Ölənlər barədə məlumat verilmir. Bəyanatda habelə deyilir ki, Türkiyə silahlı qüvvələri dünən PKK yaraqlıları ilə ölkənin cənub-şərq bölgələrində qarşıdurma zamanı bir silahlını öldürüblər. Yaraqlılardan müxtəlif silah növləri və bomba hazırlamaq üçün təchizat müsadirə edilib.
Türkiyə PKK-nı İraqda istinadghalarından istifadə edərək, Türkiyəyə qarşı hücumlar həyata keçirməkdə ittiham edir.