Olimpiya məşəli Tanzaniyanın paytaxtından keçib

Bu gün Olimpiya məşəli Afrika ölkəsində yeganə dayanacağı olan Tanzaniyanın paytaxtından keçib. Tanzaniyanın vitse-prezidenti Məhəmməd Şeyn 5 km-lik məşəl estafetini kabinet naziri Seif Xatibə ötürüb. Dar Es Salamda məşəlin yolu 25 km olmalı idi. Lakin Avropa və ABŞ-da Tibetə dəstək verən nümayişlərə görə martşrut qısaldıldılıb. Məşəl Tanzaniyadan Omana yola düşür.