İsrailin baş naziri və Fələstinlilərin prezidenti danışıqları davam etdirirlər

İsrailin baş naziri Ehud Olmert və Fələstinlilərin prezidenti Mahmud Abbas bu gün Qüdsdə sülh danışıqlarını davam etdirirlər. İsrail rəsmilərinin bildirdiyinə görə, liderlər prezident Abbasın bu ayın axırında Vaşinqton səfərindən əvvəl müzakirələri davam etdirmək qərarına gəliblər. Son dəfə İsrail və Fələstin liderlərinin görüşü keçən bazar ertəsi günü baş tutmuşdu. Ehud Olmert və Mahmud Abbas ABŞ prezidenti Corc Buşun prezidentlik müddəti başa çatmazdan əvvəl sülh razılığı əldə etməyə çalışırlar. Danışıqların noyabr ayından bəri bərpa edilməsinə baxmayaraq, hələ ki, nəzərəçarpacaq tərəqqi əldə edilməyib.