Israil Qəzza Zolağına hücumlarını davam etdirir

Fələstinin səhiyyə rəsmiləri bildirirlər ki, Həmasın nəzarəti altında olan Qəzza Zolağına İsrail ordusunun hücumu nəticəsində bir yeniyetmə oğlan da daxil edilməklə, 4 fələstinli qətlə yetirilib. İsrailin hərbi sözçüsü bu məlumatı təsdiq etmiş, lakin təfərrüatı ilə məlumat verməmişdir.

Səhiyyə rəsmilərinin digər məlumatında da bu gün həyata keçirilən zorakılıqlar nəticəsində 6 fələstinlinin yaralandığı deyilir. Bu zorakılıqlar İsrailin baş naziri Ehud Olmertin Həmas qrupunu iki İsrail əsgərini qətlə yetirməkdə günahlandıraraq, Qəzzaya yanacaq nəqlini dayandırmasından bir gün sonraya təsadüf edir.

Bir neçə saat bundan əvvəl isə İsrail hava qüvvələri tərəfindən Xan Yunis kəndi yaxınlığında iki Həmas yaraqlısının öldürüldüyü xəbər verilib.