Çin Nümayəndələr Palatasının Tibetlə bağlı qətnaməsindən narazıdır

Çin ABŞ-ın Nümayəndələr Palatasının Tibetdəki nümayişlərin yatırılmasını qınayan və Dalay Lama ilə danışqılara çağıran qətnaməsi ilə bağlı narazılığını bildirib.

Çinin Xarici İşlər Naziriliyinin sözçüsü qətnaməni Çinin daxili işlərinə “kobud müdaxilə” adlandırıb. Sözçü deyib ki, bu, Çin xalqının heysiyyətinə toxunur. "ABŞ qanunvericiləri Tibetin tarixi və reallığını təhrif edir və Dalay Lama tərəfdarlarının törətdiyi cinayətlərə göz yumur" - deyə, Çinin xarici işlər naziriliyinin sözçüsü bildirib.

Qeyd edək ki, Nümayəndələr Palatasında qətnamə çərçənbə günü 413 lehinə bir əleyhinə səslə təsdiq edilib.