Corc Buş general Deyvid Petreyasın tövsiyyələrinə dəstək verdi

ABŞ prezidenti Corc Buş Amerikanın İraqdkı hərbi qüvəvlərinin komandiri, general Deyvid Petreyasın tövsiyyələrinə dəstək verib. Ağ Evdə ABŞ qüvəvlərinin İraqdan çıxarılmasına dair açıqlama verən prezident İraqla bağlı gələcək planlarından danışıb.

Qeyd edək ki, general Petreyas ABŞ qüvvələrinin İraqdan çıxarılması əməliyyatının iyul ayından sonra heç olmasa 45 gün ərzində dayandırılmasını təklif etmişdi. General demişdi ki, həmin müddət ərzində İraqdakı hərbi artım nəzərdən keçiriləcək.

Corc Buş iyul ayından sonra qüvvlərin ixtisar edilməyəcəyinə sərəncam verdiyini deyib. Prezident bir daha İraq siyasətini müdafiə edərək, qüvvələrin sayının artırılması ilə İraqda təriqətlərarası zorakılıqlar, mülki vətəndaşlar və hərbiçilərin itkilərinin azaldığını deyib. Corc Buş vəziyyətin mürəkkəb olaraq qaldığını etiraf edib, Əl-Qaidə və İrana arxalanan qüvvələrin hələ də təhlükə yaratdığını bildirib. ABŞ prezidenti Corc Buş bundan əlavə avqust ayından sonra İraqa göndərilən əsgərlərin hərbi xidmət müddətinin 15 deyil, 12 aya endiriləcəyini də elan edib. Bu müddət hazırda İraqda olan qüvvələrə şamil edilməyəcək.