Olimpiya oyunları məşəli San-Fransiskoya gətirilib

San-Fransisko şəhərinin rəsmiləri Olimpiya oyunları məşəlinin gəzdirilməsi zamanı Çin əleyhinə nümayişlərlə qarşılaşacaqlarını gözləyirlər. Şəhər rəsmiləri bildiriblər ki, yüzlərlə polis məşəlin aparılacağı 10 kilometr boyu keşik çəkəcək. Onlar təhlükəsizlik səbəblərilə əlaqədar məşəlin marşrutunu dəyişdirə biləcəklərini deyiblər. ABŞ rəsmiləri ümid edirlər ki, Paris və Londonda Çin əleyhinə nümayişlər zamanı baş vermiş qarmaqarışıqlıq San- Fransiskoda təkrar olmayacaq.

Yay Olimpiya oyunları məşəli Şimali Amerikada yeganə dayanacağı olan San- Fransiskoya dünən gətirilib və gzli yerə aparılıb. Tibet tərəfdarı fəallar və insan haqları qrupları nümayişçiləri məşəlin hərəkətini pozmadan dinc aksiya keçirməyə çağırıblar.