Bağdadda bir günlük qadağan saatı tətbiq edilib

İraq hökuməti ABŞ qüvvələrinin Bağdada daxil olmasının 5-ci ildönümünün tamam olması səbəbilə şəhərdə bir günlük qadağan saatı tətbiq edib. Rəsmilər deyirlər ki, yerli vaxtla səhər saat 5-dən gecə saat 2-yə kimi avtomobil bə motosikletlərin küçələrdə hərəkəti qadağan edilib. Təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə baxmayaraq zorakılıqların qeydə alındığı xəbər verilir. Bağdadın Sədr məhəlləsində minomyot hücumu nəticəsində 7 nəfər həlak olub, 24 nəfər yaralanıb. Hücuma görə kimin məsuliyyət daşıdığı məlum deyil. Bu ərazi ABŞ qüvvələri ilə radikal şiə ruhanisi Möqtəda Əl-Sədr tərəfdarı yaraqlılar arasında gərgin mübarizəyə səhnə olub.