Olimpiya rəsmiləri məşəlin dolanması məsələsini müzakirə edirlər

Olimpiya rəsmiləri 2008-ci il oyunları üçün məşəlin dünya boyu dolanması mərasimlərini dayandırmağı nəzərdən keçirirlər. Son bir neçə gündə məşəl dolandırma mərasimləri kütləvi etiraz aksiyaları ilə qarşılaşıb.

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jak Roqqa müxbirlərə deyib ki, komitə üzvləri müzakirələri Pekində aparacaq. Roqqa London və Parisdə keçirilən etiraz aksiyalarından kədərləndiyini bildirmiş və məşəlin San Fransiskoda gəzdirilməsindən narahatlığını izhar etmişdir. Məşəl bu gün Tibetin azadlığına çağıran şüarlarla bəzənmiş San Fransisko şəhərinə gətirilib.