Vaşinqtonda vəzifələrini yerinə yetirərkən həlak olan və ya qətlə yetirilən jurnalistlərin anım mərasimi keçirilib. Tədbir Newseum adlanan muzeyin yeni binasında təşkil edilib. Muzeydə 1837-ci ildən etibarən jurnalistik xidmətlərini yerinə yetirərkən həlak olan və ya öldrülən jurnalistlər, foto-müxbirlər, redaktorlar, aparıcılar və digər mətbuat işçilərinin şəkilləri yer alır.
1800-dən artıq jurnalistin adı hər il artmaqda olan şüşə panelllər altında nümayişə qoyulub. Newseum 2006 ildə dünya boyu vəzifəsini yerinə yetirərkən 66 jurnalistin həlak olduğunu bildirir. 2007-ci ildə bu göstərici 92-yə yüksəlmişdir. Hər il memoriala yeni adlar əlavə olunur. Muzey həyatlarını qurban verməklə, həqiqətləri yazanların daimi anım ocağıdır.
Siyahıda iki azərbaycanlı jurnalist-Salatın Əsgərova və Çinqiz Mustafayevin də adları var.