ABŞ prezidentliyinə demokrat namizədlər Barak Obama və Hillari Klintonun mübarizəsi davam etdirilir

ABŞ prezidentliyinə demokrat namizədlər Barak Obama və Hillari Klinton ABŞ-ın Montana ştatında hər bir səs uğrunda mübarizələrini davam etdirirlər. Bu ştatda ilkin seçkilərin iyun ayının 3-də keçirilməsi planlaşdırılıb. Bu isə demokrat partiyasından nominasiya uğrunda mübarizənin qızğın getdiyinə işarədir. Dünən Nyu-York senatoru Hillari Klinton vergilərə dair sənədi açıqlamışdı. Sabiq prezidenti Bill Klinton və o, 2000-ci ildən bəri 109 milyon dollar qazanmışlar. Klinton kampaniyası hələ indiyədək heç bir namizədin belə şəxsi məlumatı açıqlamadığını bildirib. Klintonların vergi məlumatının açılanmasına Obama təzyiq göstərərək, Klintonu qapalı olmaqda günahlandırıb.