İran qərbin həvəsləndirici təklifi müqabilində nüvə fəaliyyətlərini dayandırmaq niyyətində olmadığını bildirib. İran nümayəndəsi Qulam Hüseyn Elhamın bildirib ki, Tehran öz hüquqları ilə alver etməyəcək. İran prezidenti Mahmud Əhmədinejad da eyni mövqedən çıxş edərək, İranın uran zənginlədirilməsi fəaliyyətlərini heç nəyin müqabilində dayandırılmayacağını bildirib. Dünən Yaponiyanın xəbər agentliyinə müsahibə verən İranın dövlət başçısı demişdi ki, nüvə fəaliyyətlərindən əl çəkməsi üçün Tehran heç bir səbəb görmür. BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü İran üçün həvəsləndirici təkliflər üzərində işləyir.