Əfqanıstandakı NATO rəsmilərinin bildirdiyinə görə, zorakılıqların qeydə alındığı Helmənd vilayətində partlayış nəticəsində Böyük Britaniyanın 2 əsgəri həlak olub. NATO-nun Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin açıqlamasında dünən əsgərlər hücuma məruz qalan zaman əraziyə nəzarət edirdilər. Qonşu Qəndahar vilayətində isə yolkənarı bomba partlayışı zamanı 3 özəl təhlükəsizlik mühafizəçisi ölüb. Rəsmilərin bildirdiyinə görə, mühafizəçilər yol tikintisi ilə məşğul olan heyəti qoruyurdular. Əfqan, NATO və ABŞ qoşunları ölkənin cənub və şərq bölgələrində Taliban və başqa yaraqlılarla mübarizə aparır.