Yunanıstan Olimpiya estafetini Çinə ötürdü

Yunanıstan bir qrup etiraz edən nümayişçinin tədbirə mane olmasına baxmayaraq, Olimpiya məşəli estafetini Pekində yay oyunlarının təşkilatçılarına ötürüb. Şahidlərin bildirdiyinə görə, Tibet bayraqlarını dalğalandıran və Çin əleyhinə şüarlar bağıran etirazçılar məşəl əlində qaçan şəxsi saxlamaq üçün polis kordonunu keçməyə çalışdıqları zaman bu gün Afinada həbs ediliblər. Keçən həftə qədim Olimpiyaya gedən yolda ara-sıra etiraz nümyişlərindən sonra yüzlərlə polis hazır vəziyyətə gətirlib.

Çin Tibetdə nümayişləri dağıtdığına görə BMT və qərb dövlətlərinin tənqidilə qarşılaşıb. Çin bu ay nümayişlər başlayandan 20 adamın ölümünə görə nümayişçiləri günahlandırıb. Tibet fəalları bildirlər ki, Çin polisi 140 nəfəri qətlə yetirib.