Zimbabve müxalifəti seçkilərdə qələbə çaldığını elan edib

Zimbabvenin aparıcı müxalifət partiyası çənbə günü keçirilmiş ümumi seçkilərin qeyri-rəsmi nəticələrinə əsasən qələbə çaldığını elan edib. Demokratik Dəyişiklik hərəkatının baş katibi bu gün mətbuat konfransında seçkilərdə qələbə əldə etdiyini bildirib. Onun sözlərinə görə, müxalifət lideri Morqan Tsvangirai müxalifətin istinadgahı olan Hararedə səslərin 66 faizini alıb. Yeni prezidentin və parlamentin, habelə yerli şuraların seçildiyi seçkilərin rəsmi nəticələri elan edilməyib. Prezident Robert Muqabenin hökuməti səslər hesablanana qədər qələbənin elan edilməsinə icazə verilmədiyinə dair xəbərdarlığı təkrar edib.