Fransa prezidenti Britaniyanın baş naziri ilə görüşüb

Fransa prezidenti Nikola Sarkozi Britaniya səfəri çərçivəsində baş nazir Gordon Braunla görüşlər keçirir. Bu günkü görüşdə qlobal kredit problemləri, qeyri-qanuni mühacirət , iqlim dəyişikliyi, habelə Britaniyada yeni tipli müasir nüvə stansiyalarının inşasına dair birgə layihə müzakirə edilir.

Liderlər daha sonra London stadionunda Fransa və Britaniya nazirlərinə qoşulacaq. Həmin bu stadionun fransız meneceri və bir necə fransız oyunçusu olan məşhur Arsenal futbol komandasının evi hesab edilir. Dünən Böyük britaniya parlamentinin birgə sessiyasında çıxış edən Nikola sarkozi Əfqanıstandakı hərbi qüvvələrin sayının artırılacağı və talibanın nəyin bahasına olursa-olsun məğlub ediləcəyini demişdi.