Türkmənistan prezidenti NATO sammitində iştirak edəcək

Dövlət nəzarətində olan Türkmənistan mətbuat orqanının bildirdiyinə görə, ölkə prezidenti aprel ayında Türkmənistan tarixində ilk dəfə olaraq NATO sammitində iştirak edəcək. Prezident Qurbanqulu Berdimuxammedovun iştirak edəcəyi sammit aprelin 2-dən 4-ə kimi Rumıniyada keçiriləcək. Türkmənistan nadir hallarda ölkədən kənara çıxan Saparmurad Niyazovun rəhbərliyi altında təcrid olunmuşdu. Ancaq hazırkı prezident Berdimuxammedov beynəlxalq ictimaiyyətlə əlaqələr qurmaq səyləri göstərir.