Rusiya jurnalisti qətlə yetirilb

Rusiya dövlət televiziyasının jurnalistinin cəsədi bu gün səhər Moskvadakı mənzilində aşkar edilib. Evdə baş verən yanğını söndürməyə gələn yanğınsöndürənlər 32 yaşlı İlyar Şurpayevin cəsədini aşkar ediblər. Polis deyib ki, qatillər Şurpayevi kəmərlə boğmuş və bədəninə bir neçə bıçaq zərbəsi endirmişlər.

Şurpayev Moskvaya vətəni Dağıstandan köçüb. O, zorakılıqların cərəyan etdiyi Şimali Qafqaz bölgəsi haqda reportajlar hazırlayardı.