Üsamə Bin Laden Avropa Birliyinə xəbərdarlıq edib

Əl-Qaidə terrorçu qrupunun lideri Üsamə Bin Laden yeni mesajında Avropa Birliyinə xəbərdarlıq edib ki, Avropa qəzetləri Məhəmməd Peyğəmbərin karikaturalarını dərc etdiyinə görə ciddi cəzalandırılacaq. Bin Ladenin dünən gecə Əl-Əxləs Veb səhifəsində yayımlanmış səsində o deyir ki, dərc edilmiş karikaturaların evləri bombalayan, qadın və uşaqları qətlə yetirən qərb ordusunun əməllərindən daha pisdir. Ben Ladenin səsi əlində silah tutmuş şəkli üzərində ingilis dilində subtitrlərlə yayımlanmışdır.

Xatırladaq ki, Məhəmməd Peyğəmbərin karikaturası Danimarka qəzetində 2006-cı ildə dərc edilmişdi. Məhəmməd Peyğəmbərin bombadan çalma geymiş karikaturası keçən ay yenidən dərc edilmişdi.