Son zamanlar İraqda intiharçı hücumlarını qadınlar həyata keçirir

" hspace=2 src="/azerbaijani/images/AP_Iraqis_clean_bomb_site_eng_195_17mar08.jpg" width=201 align=left vspace=2 border=0>Iraq polisinin bildirdiyinə görə, intiharçı qadının bu gün Bağdadın şimalında həyata keçirdiyi bomba hücumu 4 nəfərin ölümünə, 12-nin yaralanmasına səbəb olub. Polis qadının bombanı paltarının altında gizlətdiyini və Diyala vilayətindəki Palad Ruzun polis məntəqəsi yaxınlığında partlatdığını bildirib. Hücuim zamanı bir polis işçisi ölmüş, 3-ü yaralanmışdır.

Qeyd edək ki, son zamanlar intiharçı hücumlarını qadınlar həyata keçirir. Bu ayın əvvəlində də bir ruhi xəstə qadının Bağdadda həyata keçirdiyi intiharçı hücumu 99 nəfərin ölümünə səbəb olmuşdu.