"Human Rights Watch" Keniya ilə bağlı hesabat açıqlayıb

“Human Rights Watch”-un açıqladığı yeni hesabatda deyilir ki, Keniyada mübahisəli seçkilərdən sonra baş qaldıran zorakılıqlar təşkilatlı şəkildə həyata keçirilib. Hesabat Keniya siyasətçilərini, yerli liderləri və biznesmenləri rəqib etnik qruplara hücumlar təşkil etməkdə təqsirləndirib. Hesabatda həmçinin, polisin hədsiz dərəcədə çox gücdən istifadə etdiyi və nümayişlərə cavab verərkən yüzlərlə insanı öldürdüyü bildirilib. Ölkədə dekabr seçkilərindən sonra mindən çox insan həlak olub, yüz minlərlə insansa evlərindən didərgün düşüb. “Human Rights Watch”-un bugünkü hesabatında deyilir ki, yeni hökumət zokılıqlarda məsuliyyət daşıyanları məhkəmə qarşısına çıxarmalıdır.