Spiker Pelozi demokratların vahid namizədinin partiya qurultayına qədər müəyyən olacağına inanır

Konqresin Nümayədələr Palatasının spikeri Nensi Pelozi deyib ki, o, Demokrat partiyasının avqust ayında partiya qurultayından xeyli əvvəl vahid namizədini irəli sürəcəyinə inanır. Bu gün ABC tele-şirkətinə müsahibə zamanı Pelozi deyib ki, o, gələn həftələr ərzində namizədin müəyyənləşəcəyinə inanır. Nensi Pelozi həmçinin senator Hilari Klinton və senator Barak Obamanın bir nominasiyada təmsil olunacağına inanmadığını deyib. O bunun səbəbinə toxunmasa da, bunu siyasi təcrübəsinə əsaslanaraq dediyini bidirib.