Vitse-prezident Çeyni Yaxın Şərqə yola düşüb

ABŞ-ın vitse-prezidenti Dik Çeyni bu gün Yaxın Şərqə səfərə çıxır. On gün sürəcək səfər zamanı cənab Çeyni Oman, Səudiyyə Ərəbistanı, İsrail, İordan çayının Qərb sahili və Türkiyədə olacaq. ABŞ rəsmilərinin bildirdyinə görə, Dik Çeyninin keçirəcəyi danışıqlar zamanı İraq, Livan və Suriyada vəziyyət, İranın regionda nüfuzunun artması, Qəzza zolağında zorakılıqlar və Birləşmiş Ştatlarda yanacaq qiymətlərinin artması kimi məsələlər müzakirə olunacaq. Vitse-prezident Çeyninin Səudiyyə Ərəbistanını İraqla diplomatik münasibətlər yaratmağa təşviq edəcəyi gözlənilir. Türkiyədə cənab Çeyninin Türkiyənin İraqda mənzillənən Kürdüstan Fəhlə partiyasına qarşı əməliyyatları müzakirə edəcəyi bildirilir.