Mosul yaxınlığında cəsədi tapılmış arxiyepiskop dərf olunub

İraqın Mosul şəhərində bu gün arxiyepiskop Polos Fərəc Rahhonun dərf mərasimi keçirilib. Dünən xristian ruhaninin cəsədi şəhər yaxınlığında dayaz bir qəbirdə aşkar edilmişdi. Fevral ayının 29-dan yoxa çıxan arxiyepiskopun cəsədinin yeri barədə telefonla məlumat verilmişdi. 65 yaşlı ruhaninin təbii səbəbdən dünyasını dəyişdiyi və ya öldürüldüyü hələ müəyyən edilməyib. Roma Papası XVİ Benedikt arxiyepiskopun ölümünü “qeyri-insani zorakılıq” akti kimi qiymətləndirib.