Kristofer Hill Şimali Koreyalı həmkarı ilə görüşü uğurlu adlandırır

ABŞ-ın Şimali Koreyanın nüvə proqramı üzrə müzakirəçisi Kristofer Hill Cenevrədə Şimali Koreyalı həmkarı ilə görüş keçirib. Cenevrədən yola düşməzdən əvvəl müxbirlərlə danışıan ABŞ dövlət katibinin yardımçısı Hill müzakirələrin səmərəli olduğunu qeyd etsə də, nə kimi nailiyyət əldə edildiyinə dair məlumat verməyib. Qeyd edək ki, altıtərəfli razılığa əsasən Pxenyan hələ keçən ilin sonunda nüvə silahlarına dair hesabat verməli idi. Vaşinqton hesabatın natamam olduğunu bidlirərək, Şimali Koreyanın heç vaxt uran zənginləşdirdiyini etiraf etmədiyini deyir.