Böyük Britaniyanın müdafiə naziri İraqdadır

Böyük Britaniyanın müdafiə naziri Des Braun ölkəsinin hərbi qüvvələri və komandirləri ilə görüşmək üçün İraqa gözlənilməz səfər edib. O, bu gün İraqın cənubundakı Bəsrə şəhərinə gedib. Nazirlik cənab Braunun İraqda nə qədər qalacağı və səfərin detalları barədə ətraflı məlumat verməkdən boyun qaçırıb. Britaniya keçən il ərzində İraqda qüvvələrin sayını azaldıb, lakin Bəsrədə hələ də 4 000 əsgər qalmaqdadır.

Bu arada, İraq polisi bildirib ki, Bağdadın sənub-qərb hissəsində yol kənarına yerləşdirilmiş bombanın partlaması nəticəsində 2 nəfər həlak olub, 10 nəfər yaralanıb.