QAZPROM Asiya ölkələrindən qazı yüksək qiymətə alacağını bildirib

Rusiyanın dövlətə məxsus QAZPROM şirkəti bildirib ki, 2009-cu ildən Mərkəzi Asiyanın təbii qazla zəngin ölkələrindən qazı daha yüksək qiymətə alacaq. QAZPROM-un bəyanatında deyilir ki, Qazaxıstan, Türkmənistan və Özbəkistan gələn ildən qazı Avropa qiymətlərinə satmağı qərarlaşdırıblar. Bu ölkələrdən qaz Rusiyanın nəzarətində olan kəmərlərlə Avropaya nəql edilir.

Təhlilçilər bildirirlər ki, Mərkəzi Asiya qazının qiymətinin yüksəlməsi Rusiyanın Ukrayna və Avropada istehlakaçılara qazı daha yüksək qiymətə satması ilə nəticələnəcək. Rusiyanın RİA Novosti agentliyinin verdiyi xəbərə görə, Avropada qazın orta qiyməti 2008-ci ilin sonu üçün 1 000 kub metr üçün 360 dollara çatacaq. Hazırda Qərbi Avropada bu miqdarda Türkmən qazını 130 dollara alırlar.