Keniya parlamenti hakimiyyət bölüşdürülməsi ilə bağlı debatlar keçirir

Bu gün Keniya parlamenti seçkilərdən sonrakı böhranın həlli məqsədi daşıyan hakimiyyət bölüşdürülməsi ilə bağlı debatlar keçirir. Qanunvericilər konstitusiyaya düzəliş də daxil edilməklə, iki əsas məsələ ətrafında müzakirələr aparır. Parlament liderləri bu gün qanunun təqdiq ediləcəyini gözlədiklərini bildiriblər. Dünən əldə edilən bu razılığın Keniyanın baş naziri deyil, prezident Kibakinin səlahiyyətlərinin artırılmasına xidmət etdiyi bildirilir. Müxalifət partiyası Narınci Demokratlar Hərəkatı bu razılığı liderləri Raila Odinqanın baş nazir təyin edilməsi ümidi ilə təsdiq etmişdi.