İspaniya sosialistləri bazar günü seçkilərində qalib gələrək baş nazir Hoze Lui Rodriqez Zapateronun növbəti dörd il hakimiyyətdə qalmasına nail olublar. Sosialistlər İspaniyanın Aşağı Qanunverici Palatasında 350 yerdən 169-nu qazanıblar. Bu mütləq çoxluqdan 7 yer azdır və o deməkdir ki, mühüm qanunları qəbul etdirmək üçün Zapatero alyans qurmağa vadar olacaq.
Sabiq baş nazir Mariano Rahoyun rəhbərlik etdiyi mühafizəkar Xalq Partiyası 153 yer qazanıb. Hər iki partiya 2004-cü il seçkiləri ilə müqayisədə daha artıq yer əldə ediblər ki, bu da kommunistlərin başçılıq etdiyi Vahid Sol koalisiyasının itirdiyi yerlərdir. Seçicilərin 75%-i səsvermədə iştirak edib.