İraqda kütləvi qəbir tapılıb

İraq təhlükəsizlik qüvvələri Bağdadın şimalındakı kütləvi qəbirdə 100-ə yaxın naməlum cəsəd aşkar edib. Bu son aylarda aşkar edilən ən böyük tapıntıdır. ABŞ və İraq ordu rəsmiləri Diyala vilayətinin Xalis şəhəri yaxınlığında tapılan qəbrə görə kimin məsuliyyət daşıması, qurbanların kimlər olması və onların kimlər tərəfindən öldürülməsi barədə dəqiq məlumat verməyib. Ölkədən daxil olan başqa bir xəbərdə deyilir ki, ABŞ və İraq rəsmilərinin iki ölkə arasında gələcək əməkdaşlığın idarə olunmasında razılıq barədə danışıqlar keçirəcəyi gözlənilir. ABŞ Müdafiə Nazirliyinin sözçüsü Ceff Morrelin sözlərinə görə, Birləşmiş Ştatlar İraqla uzun müddətli danışıqlar aparacağını gözləyir.