Respublikaçılar partiyasından prezidentliyə nominasiyanı özünə təmin edən senator Con Makkeyn ABŞ prezidenti Corc Buşdan dəstək almalıdır. Ağ ev bildirib ki, prezident Buş Makkeynin onu 2004-cü ildə yenidən prezident seçilməsi üçün nə qədər iş gördüyünü unutmur. Cənab Buş Arizona ştatından qanunvericinin xeyrinə kampaniya aparmağı planlaşdırır.
Makkeyn dünən ABŞ-ın bir neçə ştatında keçirilən ilkin seçkilər, praymerizlərdə qəti qələbə əldə edərək, partiyasından presidentliyə nominasiyanı özünə təmin etmiş oldu. Demokratlar arasında senator Hilari Klinton partiya qurultayına çox sayda nümayəndə göndərəcək Ohayo və Texas ştatlarında qələbə çalmaqla, seçki kampaniyasını canlandıra bildi.