İran nüvə məsələsini yalnız Beynəlxalq Atom Enersjisi Agentliyi ilə müzakirə edəcəyini bildirir

İran prezidenti Mahmud Əhmədinejad deyib ki, Tehran nüvə proqramını yalnız Beynəlxalq Atom Enerjisinə nəzarət agentliyi ilə müzakirə edəcək. İran lideri bu gün dünyanın qüdrətli dövlətlərinin Avropa Birliyinin xarici siyasət idarəsinin rəhbəri Xavyer Solana və İranın nüvə danışıqlarında əsas müzakirəçisi Saed Cəlili arasında danışıqlar keçirilməsi çağırışını rədd edib. İranın rəsmi İRNA agentliyi cənab Əhəmədinejada istinadən xəbər verib ki, İran öz nüvə proqramını yalnız hazırda Vyanada iclas keçirən Beynəlxalq Atom Enerjisinə nəzarət agentliyilə müzakirə edəcək. Cənab Əhmədinejad həmçinin BMT-nin Təhlükəsizlik Şurasının İrana qarşı bazar ertəsi günü sanksiyaların üçüncü paketini təsdiq etməsini tənqid edib.