Somalililər ABŞ-ın hücumuna etiraz edir

Somalinin cənub bölgəsinin sakinləri bu gün anti-Amerika təmayüllü aksiya keçirib. Nümayiş ABŞ hava qüvvələrinin terrorçuları hədəfə alan hücumlar təşkil etməsindən bir gün sonra baş verib. Dobli şəhərindən verilən məlumata görə, yüzlərlə insan küçələrdə anti-Amerika şüarları səsləndirib. Dünən səhər ABŞ ordusu şəhərə ən azı 2 raket atıb. Pentaqon bildirib ki, hücum Əl-Qaidə terrorçularına qarşı keçirilib. Sakinlərin bildirdiyinə görə, hücum bir evi dağıdıb. Şəhər meri deyir ki, bir neçə insan həlak olub. Başqa sakinlər ölənlərin olmadığını ancaq bir neçə insanın xəsarət aldığını bildirib. Keçən ildən başlayaraq ABŞ ordusu Somalidəki terrorçulara qarşı ən azı 3 hücum təşkil edib.