Serbiya hökuməti Kosovonun keçən həftə öz müstəqilliyini elan etməsindən sonra onun beynəlxalq borclarını dayandırması barədə məsələni müzakirəyə çıxaracağını deyib. Serbiyanın nazirlər kabineti bu gün Belqradda yığıncaq keçirib. Serbiyanın “Tanyuk” Xəbərlər Agentliyi iqtisadiyyat naziri Mladyan Dinkiçə əsaslanaraq bildirib ki, hökumət Kosovodan vergi almadığına görə, borclar danaydırılmalıdır. Rəsmilər Kosovonun xaricə borcunun təqribən 1, 2 milyard dollar olduğunu deyirlər.