İraqda qətlə yetirilən zəvvarların sayı artmaqdadır

Iraq polisinin bildirdiyinə görə, bu gün Bağdadda yol kənarına yerləşdirilmiş bomba avtobusun yaxınlığında partlamış, nəticədə bir şiə zəvvar ölmüşdür. Yaraqlılar Kərbəlaya İmam Hüseynin 40-ı mərasiminə gedən milyonlarla zəvvarı hədəf alırlar. Bu həftənin əvvəlindən bəri həyata keçirilən hücumlarda azı 63 zəvvarın ölüb, 100-dən çoxu yaralanıb. Bazar günü ekstemistlər tərəfindən həyata keçirilən hücum nəticəsində 40 zəvvar qətlə yetirilimiş, 60–ı yaralanmışdır.