"Amnesty İnternational" Rusiyada insan haqlarının vəziyyətindən narahatdır

Aparıcı insan hüquqları qrupu prezident seçkiləri ərəfəsində Rusiyada toplaşma və söz azadlığına qarşı təzyiqləri tənqid edib. Qərargahı Londonda olan Amnesty İnternational açıqladığı hesabatda polisin anti-Kreml nümayişlərini zorakılıqla dağıtmasını qeyd edib. Hesabat həmçinin qeyri-hökumət təşkilatlarının fəaliyyətlərini məhdudlaşdıran Rus qanunlarını tənqid edir. Ruslar gələn həftə prezident seçkilərində səs verəcəklər. Səsvermədə prezident Vladimir Putinin xələfi olan Dmitri Medvedevin asanlıqla qalib gələcəyi gözlənilir.