İsrail İranın kəskin çıxışlarına etiraz edir

İsrail diplomatı İran rəsmilərinin ölkəsinə qarşı kəskin çıxışlarına etiraz etmək üçün BMT baş katibi Ban Ki Munla görüşüb. İsrailin BMT-dəki səfiri Dan Gillerman deyir ki, İranın BMT üzvünə qarşı nasistə bənzər ifadələr verməsinə etiraz edir.

Dünən İran Prezidenti Mahmud Əhmədinejad İsraili Qərbin Yaxın Şərqdə yaratdığı “çirkin mikrob” və “vəhşi heyvan” adlandırıb. Hezbullah komandiri İmad Mugniyenin öldürülmsindən sonra İran rəsmiləri İsrailə qarşı kəskin bəyanatlarını artırıblar.