Bu gün Ermənistanda prezident seçkiləri keçirilir

Bu gün Ermənistan xalqı prezident seçkilərində səs verir. Bu seçkilərdə 9 nəfər namizədliyini irəli sürüb. Seçkiqabağı rəy sorğularına əsasən baş nazir Serz Sarkisyanın qələbə əldə edəcəyi gözlənilir. Onun əsas rəqibi Ermənistanın birinci prezidenti Levon Ter-Petrasyandır. Müxalifət seçkilərin ədalətli keçirilmədiyini deyir.