Qəzza zolağında 3 fələstinli yaraqlı öldürülüb

Fələstinin tibb işçiləri bildiriblər ki, İsrailin hərbi qüvvələri Qəzza zolağının Rəfah şəhərində 3 fələstinli yaraqlı və bir mülki vətəndaşı öldürüblər. Hücum zamanı 8 adamın yaralandığı bildirilir. İsrailin hərbi qüvvələrinin nümayəndəsi isə deyib ki, hədəf fələstinli yaraqlılar olub. Hücum prezident Mahmud Abbas ilə Baş Nazir Ehud Olmert arasında yeni danışıqlar barədə məlumat yayıldığı vaxta təsadüf edir. Fələstin rəsmiləri deyirlər ki, prezident Mahmud Abbas və baş nazir Ehud Olmert çərşənbə axşamı günü görüşəcəklər.