BMT-nin Bağdaddakı xüsusi nümayəndəsi bildirib ki, oktyabr ayında vilayətlərdə seçkilərin keçirilməsində İraqa kömək etmək üçün tez zamanda iş görmək lazımdır. Steffan de Mistura bu gün Bağdadda mətbuat konfransı zamanı deyib ki, İraq parlamentinin bu həftə seçkilərin oktyabrın 1-i keçirilməsi üçün vaxt müəyyən etməsi BMT-nin təəccübünə səbəb olub. Parlament yerli hökumətlərə dair qanun layihəsini qəbul edərək , seçkilərin keçirilməsinə yol açıb.
Ağ evin sözçüsü Dana Perino deyib ki, prezident Buş İraq liderlərlərilə telefon söhbəti zamanı mühüm qanuvericilik aktlarını qəbul etdiklərinə görə onları təbrik etmişdir.