Serbiya hökuməti Kosovonun etnik alban əksəriyyətinin liderləri tərəfindən elan ediləcək müstəqilliyinin tanınmamasına dair qətnamə layihəsini qəbul edib. Qətnamədə deyilir ki, Kosovonun Serbiyadan ayrılmaq istiqamətində hər hansı bir addımı etibarsız və qeyri-qanuni hesab ediləcək. Kosovo albanları gələn bir neçə gün ərzində vilayətin müstəqilliyini elan etməyə hazırlaşırlar.
Baş nazir Voyislav Koştunitsa deyib ki, Serbiya, onun sözlərilə, "oyuncaq hökuməti" tanımaqdan artıq alçala bilməz.
Rusiya prezidenti Vladimir Putin bu gün deyib ki, Kosovonun birtərəfli şəkildə öz müstəqilliyini elan etməsi “qeyri-əxlaqi və qeyri-qanuni” bir addım ola bilər.