Türkiyənin müdafiə naziri deyib ki, Ankara dəyəri 300 milyon dollar olan İsrail casus peykini almaqda maraqlıdır. Vecdi Könül bu gün bildirib ki, texniki heyətlər Türkiyənin İsrailin Ofek peykinə marağını araşdırırlar. O, bu açıqlamanı Ankarada İsrailin müdafiə naziri Ehud Barakla görüşündən sonra verib. Barakın Türkiyə paytaxtına səfərinin məqsədi İsrailin casus peykini və başqa müdafiə razılaşmalarını təbliğ etməkdir. Türkiyə həmçinin 200 milyon dollara 10 Heron markalı izləyici təyyarə almağı planlaşdırır.
Türkiyə və İsrail regional müttəfiqdirlər və onlar 1996-cı ildə hərbi əməkdaşlıq haqda saziş imzalayıblar.