NATO-nun yüksək səviyyəli komadiri, general Con Kraddok Əfqanıstandakı aliansın mübarizəni uduzmadığını, ancaq tez bir zamanda müvəffəqiyyət əldə edə bilmədiyini deyib. ABŞ-ın müdafiə naziri Robert Geytsi Münxendə keçirilən Avropa Təhlükəsizlik Konfransı zamanı müşayiət edən general Con Kraddok deyib ki, NATO Əfqanıstandakı missiyanı qəbul etsə də adekvat qüvvə göndərməyib. Cənab Kaddok NATO-nun Əfqanıstandakı üç batalyonda 36 000 əsgərin olduğunu və bu ölkədə stabilliyə nail olunması və irəliləyiş əldə edilməsi üçün əlavə qüvvələrin lazım olduğunu deyib.